Atlas Tərcümə şirkətinin vebsaytına xoş gəlmisiniz!

HAQQIMIZDA

Atlas Tərcümə şirkəti bir çox dillərə/dillərdən yüksək keyfiyyətli tərcümə xidmətləri təklif edir. Komandamız müxtəlif sahələrdə ixtisaslaşmış tərcüməçilərdən təşkil olunmuşdur.

Aşağıda göstərilən sahələr üzrə tərcümə xidmətləri təmin edirik:

Qeyd edilən sahələr üzrə 11 ildən artıq fəaliyyət göstərən peşəkar komandamız istənilən tərcümə işlərinizdə məmnuniyyətlə Sizə xidmət göstərməyə hazırdır.

Prioritetlərimiz

Komandamız hər bir müştərinin tələblərinə fərdi yanaşır

Komandamızda dünyanın bir çox ölkəsindən ştatlı və frilans tərcüməçilər fəaliyyət göstərir

Hər bir tərcümə hədəf dilin daşıyıcısı olan tərcüməçiyə həvalə edilir

Müştərilərimizin məmnunluğu bizim üçün prioritetdir. Yüksək keyfiyyət və sərfəli qiymət tələbinizi anlayır və hər zaman bu tələbinizi ödəməyə çalışırıq. Sizinlə əməkdaşlıq etməyi səbrsizliklə gözləyirik.

we

Qumru Safarova

Direktor / Atlas Technical Translations

XİDMƏTLƏR

YAZILI TƏRCÜMƏ

Bir dildə hazırlanmış mətnin başqa bir dilə yazılı şəkildə çevrilməsidir. Tərcümə zamanı hər bir məlumatın dəqiqliklə və hədəf dilin qaydalarına uyğun şəkildə çevrilməsinə xüsusi diqqət yetirilir. Hər bir sahəyə uyğun xüsusi terminlərin istifadəsi də proses zamanı mühüm rol oynayır. Tərcüməçilərimizin dərin təcrübəsi bütün bu məlumatların dəqiqliklə çevrilməsinə imkan yaradır.

LOKALİZASİYA

Bir dildə yazılmış məzmunun hədəf auditoriyanın tələbləri nəzərə alınaraq çevrilməsidir. Lokalizasiya prosesində məzmun yerli auditoriyanın və dilin bütün xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Audio və video lokalizasiya Komandamız sənədli filmlər, reklamlar və təqdimatlar kimi bütün növ audio və video materialların lokalizasiyasını həyata keçirir.

KEYFİYYƏTİN YOXLANILMASI

Keyfiyyətin Yoxlanılması tərcümə prosesinin ən son mərhələsidir. Bu prosesdə üçüncü tərəf linqvist hər bir cəhətdən (leksik, qrammatik, teminoloji, üslub və s.) tərcümənin keyfiyyətli olub-olmamasını yoxlayır və bütün səhvləri xüsusi hesabat formasına qeyd edir. Həmin hesabat formasına üçüncü tərəf linqvist öz rəyini də qeyd edir və büləcə, müştəri tərcümənin keyfiyyətini ölçmə fürsəti əldə edir. Keyfiyyəti aşağı olan tərcümələr tərcüməçiyə qaytarılaraq, düzəldilməsi tələb edilir. Müvafiq təcrübəyə malik komandamız, üçüncü tərəf qismində çıxış edərək, tərcümələrinizin keyfiyyətinin yoxlanmasına kömək etməyə hazırdır.

ŞİFAHİ TƏRCÜMƏ

Şifahi tərcümə danışıq dilinin real vaxtda bir dildən başqa dilə şifahi şəkildə çevrilməsidir. Danışılan informasiyanın dəqiq çevrilməsi tamamilə tərcüməçinin təcrübəsindən asılıdır. Məhz bu səbəbdən hər bir sahə üçün həmin sahədə ixtisaslaşmış tərcüməçimizi cəlb edirik.

REDAKTƏ

Tərcümə prosesindən sonra redaktor tərəfindən çevrilmiş mətn dərindən yoxlanılır, bütün məna, hərf, üslub, terminologiya səhvləri düzəldilərək aradan qaldırılır. Redaktorlarımız məhz bu sahədə əldə etdikləri geniş təcrübə sayəsində istənilən tərcüməni redaktə etməyə hazırdırlar.

KORREKTƏ

Mətnin dərc edilməsindən əvvəl nəzərdən keçirilməsi və səhvlərin düzəldilməsidir. Bu prosesdə mətn nəzərdən keçirilir, cümlələrin təbii səslənməsi və asan oxunması, orfoqrafik səhvlər, şrift və ya durğu işarələri yoxlanılıb düzəldilir. Komandamız istənilən mətnin korrektəsini həyata keçirməyə hazırdır.

KREATİV TƏRCÜMƏ

Reklam mətnləri kimi xüsusi təyinatlı məzmunun hədəf auditoriyanın dilinə uyğunlaşdırılması prosesidir. Bu prosesdə məzmunu hədəf auditoriyaya uyğunlaşdırmaq üçün kopiraytinq, şəkil seçimi, şrift dəyişiklikləri və digər dəyişikliklər edilə bilər. Bir dildəki mətni üslubunu, tonunu və kontekstini itirmədən və hədəf auditoriyanı nəzərə alaraq digər dilə çevirmək mürəkkəb prosesdir. Bu sahədə təcrübəyə malik komandamız işlərinizdə Sizə köməklik göstərməyə hazırdır.

NOTARİAL TƏSDİQ

Notarial təsdiq sənədin tam hüquqi qüvvəyə malik olmasını təmin edir. Notarius tərəfindən təsdiqlənmiş sənədlər bütün rəsmi və dövlət qurumlarında keçərlidir. Diplomlar, sertifikatlar, şəhadətnamələr,  passportlar və s. sənədlərin tərcüməsi edilir, daha sonra tərcümənin son səhifəsinə tərcüməçi imzasını əlavə edir və notarius həmin imzanın həqiqiliyini təsdiq edir. Təsdiqlənmə zamanı notarial qaydada təsdiq olunacaq tərcümə orijinal sənədin əslinə və ya surətinə tikilir.

DİLLƏR

Azerbaijani

Azərbaycan

Russian

Rus

English

Ingilis

Turkish

Türk

Ukrainian

Ukrayna

Georgian

Gürcü

Əlavə dillər...

Fransız, İtalyan, Ərəb, Alman,

Tacik, Özbək, Norveç, İspan,

Portuqal, Yapon, Çin, Koreya,

Belarus, Bolqar, Rumın, Estoniya,

Serb, Slovak, Tatar, Çex,

İsveç, Polşa, Hollandiya, Moldaviya,

Latviya, Qazaxıstan, Tacik, Macar,

Mongol, Danimarka, İndoneziya,  Urdu

ƏLAQƏ

Sizinlə əməkdaşlıqdan və tərcümələrinizdə kömək etməkdən məmnun olarıq. Göstərilən kontaktlar vasitəsi ilə bizə müraciət edə bilərsiniz:

Теl: (+994) 55 254 14 34

E-poçt: info@atlastercume.azsafarovaq@atlastercume.az

© 2018 Atlas Technical Translations